18 iyun-SMART Təhsil Mərkəzinə müəllimlərin işə qəbul imtahanı keçiriləcək
SMART Təhsil Mərkəzi 18 iyun tarixində aşağıdakı istiqamətlərdə müəllimlərin işə qəbulu üzrə imtahan keçirəcək:
Azərbaycan dili və ədəbiyyat, rus bölməsi üçün-Русский язык и литература;
İnformatika (Информатика);
İngilis dili (Английский язык);
İbtidai sinif müəllimliyi (Преподавание в начальной школе);
Məktəbəqədər hazırlıq (Дошкольная подготовка);
İmtahanda iştirak üçün mərhələlər:
1. İmtahanda iştirak etmək istəyən namizədlər ilk olaraq şəkilli CV-lərini
[email protected] elektron poçt ünvanına göndərməlidirlər.
2. İmtahanda iştirakı uyğun görülən namizədlər xəbərdarlıq ismarıcını aldıqdan sonra mərkəzə yaxınlaşaraq imtahana buraxılış vərəqini əldə etməlidirlər.
3. İmtahanda iştirakı təsdiq olunan namizədlər imtahan günü şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqilə birlikdə təyin olunan ünvana yaxınlaşmalıdırlar.
İmtahan sualları Təhsil Nazirliyinin ortaümumtəhsil müəssisələrində tədris proqramına və Dövlət İmtahan Mərkəzinin vahid qəbul proqramına əsaslanır.
İmtahanda uğurlu nəticəsi olan namizədlər işlə təmin olunacaqlar.
İmtahanda iştirak üçün rüsum: 10 AZN.
Ətraflı məlumat üçün əlaqə: 012 310 74 82, 055 494 94 87.
Ünvan: Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ATS-in yaxınlığı.
Qeyd: CV göndərərkən mövzu hissəsində ixtisasın və ya istiqamətin adını qeyd etməyi unutmayın.
CV-lərin qəbulu üçün son tarix: 10.06.2023 saat 18:00.