2024/2025-ci tədris ili üçün abituriyent hazırlığı üzrə qeydiyyat başlandı
10 iyun 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən “Abituriyent” jurnalının 12-ci nömrəsinin təqdimatı keçirilib.
10 iyun 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən “Abituriyent” jurnalının 12-ci nömrəsinin təqdimatı keçirilib.
SMART Təhsil Mərkəzinin təsisçisi, təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin də iştirak etdiyi təqdimat mərasiminin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Vətənimizin müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan M.Abbaszadə ilk olaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətlər içərisində onun təhsilə və mütəxəssis hazırlığına xüsusi diqqət və qayğısından danışıb. Ardınca H.Əliyevin 2002-ci ildə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrlə görüşündən videofraqment nümayiş etdirilib.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev cəmiyyətin tərəqqisində təhsilin vacib rolundan və bu sahənin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb. E.Əmrullayev “Abituriyent” 12 jurnalının təhsil sahəsində müzakirə aparmaq üçün əvəzsiz mənbə olduğunu bildirib və orada olan təhlillərin daha da dərin tədqiqatlara yol açmalı olduğunu və bunun sayəsində irəli gedə biləcəyimizi qeyd edib.